Cəlilabadda ödəmə terminalı oğurlanıb

Cəlilabadda ödəmə terminalını oğurlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az -a verilən məlumata görə, Cəlilabad rayonu ərazisində yerləşən marketlərdən birindən gecə saatlarında içərisində 8784 manat nağd pul olan ödəniş terminalının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq faktını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Lütfulla Qənbərov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, gecə saat 03 radələrində gizli yolla marketə daxil olan həmin şəxs orada qoyulan ödəmə terminalını başqa yerdə sındırıb içərisindəki pulları götürmək məqsədilə idarə etdiyi nəqliyyat vasitəsinə qoyaraq aparıb. Oğurlanan ödəniş aparatı içərisindəki nağd pulla birlikdə L.Qənbərovun gizlətdiyi yerdən aşkarlanaraq götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillil zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR
Bakını bu küçəsində nəqliyyatın hərəkəti müvəqqəti MƏHDUDLAŞDIRILACAQ
Bakıda üç yol ötürücüsü müvəqqəti bağlanacaq - TARİX AÇIQLANDI
Səfurə İsayeva yüksək vəzifəyə TƏYİN OLUNDU - FOTO
Tanınmış aktrisa “Kontakt”dan şikayətləndi: "Ələ salındım" - VİDEO
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR KARVANI - VİDEO - YENİLƏNİB










