Cəlilabadda qanunsuz kömür istehsalı faktı aşkarlandı - FOTO

Cəlilabadda qanunsuz kömür istehsalı və ətraf mühitin tullantılarla zibillənməsi faktları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının ekoloji mühitin qorunması və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 14-də keçirdikləri tədbirlər zamanı rayonun İncilli kəndi ərazisində qanunsuz kömür istehsalı faktı aşkar olunub.
Həmin faktla bağlı Cəlilabad RPŞ-də qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.
Bundan əlavə, şöbə əməkdaşlarının sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Cəlilabad şəhəri ərazisində keçirdikləri tədbirlər zamanı isə məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
Ərazinin zibillənməsi halları ilə bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokollar tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA













