Cəlilabadın mərkəzində çirkab suları küçəyə axıdılır - FOTO

Cəlilabad şəhərinin Qurtuluş küçəsində çirkab suları küçəyə axıdılır.
Bu barədə ”Report”un yerli bürosuna sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, artıq bir neçə aydır ərazidəki kanalizasiya xətləri tutulub. Bu səbəbdən də çirkab suyu küçəyə axıdılır. Nəticədə şəhərin mərkəzində antisanitar vəziyyət yaranıb. Belə ki, ərazidə küçə boyu onlarla ticarət obyekti fəaliyyət göstərir. Küçəyə axıdılan da həmin obyektlərin çirkab sularıdır.
Məsələ ilə bağlı Cəlilabad Sukanal İdarəsindən bildirilib ki, sözügedən kanalizasiya xətti yağış suları üçün nəzərdə tutulsa da, artıq istismar müddəti başa çatıb.
“Bu səbəbdən şəhərə yeni kanalizasiya xətləri çəkilib. Mövcud problemin aradan qaldırılması üçün ərazidə fəaliyyət göstərən obyektlərin sahibləri aidiyyəti üzrə müraciət edərək texniki şərt almalıdırlar. Bundan sonra yeni abonentlər şəhərə çəkilmiş kanalizasiya xəttinə qoşulacaqlar”, - idarədən bildirilib.
Qeyd edək ki, bu küçə həm də köhnə Ələt-Astara magistralının Cəlilabad rayonu istiqamətindən keçən hissəsidir.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












