Cəlilabadın Zopun kəndinin yolları bərbad vəziyyətə düşüb - FOTO

Cəlilabad rayonunun Zopun kəndinin yolları bərbad vəziyyətə düşüb.
Bu barədə “Report”un yerli bürosuna kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, kəndin yolları indiyə qədər heç vaxt asfalt örtüklə döşənməyib. Sakinlər deyirlər ki, yollara vaxtaşırı çınqıl-daş tökülsə də, bu, elə də uzunömürlü olmur. Buna görə də yolların təkrar təmir-bərpaya ehtiyacı yaranır.
Məsələ ilə bağlı Zopun kənd bələdiyyəsindən bildirilib ki, yolların təmir olunmamasına səbəb sakinlərin vergiləri ödəməməsidir.
Qeyd edilib ki, kənd sakinləri üç ildir bələdiyyəyə olan vergiləri ödəmirlər: “Amma 3 il əvvələ kimi bələdiyyə hesabına yollara çınqıl-daş tökülüb”.
Məlumatda, həmçinin vurğulanıb ki, kənd yolunun dövlət hesabına təmir olunması nəzərdə tutulub.
Qeyd edək ki, Zopun kəndi rayon mərkəzindən 9 kilometr uzaqlıqda yerləşir.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












