"Çənlibel" restoranında qanunsuz saxlanılan heyvanlar xilas edildi - FOTO

IDEA İctimai Birliyinin rəsmi sosial media hesabına ünvanlanan vətəndaş müraciətinə əsaslanaraq, İctimai Birliyin təşəbbüsü, Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə iştirakı ilə Xaçmaz rayonunda fəaliyyət göstərən iaşə obyektlərindən birində təcili araşdırma tədbirləri həyata keçirilib.
İctimai Birlikdən Avtosfer.az-a verilən məlumata görə, araşdırma nəticəsində rayonun Müşkür kəndi ərazisində yerləşən “Çənlibel” restoranında qanunsuz olaraq bir sıra fauna növlərinin saxlanılması faktı aşkarlanıb.
Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına salınmış 1 adi flaminqo (qızılqaz), 2 harayçı qu quşu və 3 şinşilla götürülüb. Xilas edilən heyvanların ilkin müayinəsi zamanı, təbii miqrasiya prosesinə mane olmaq məqsədilə flaminqo və harayçı qu quşlarının qanadlarının uclarının kəsildiyi faktı aşkarlanıb.
Hazırda heyvanların klinik şəraitdə müayinə və reabilitasiyası davam etdirilir.
IDEA İctimai Birliyi vətəndaşları bir daha təbiəti qorumağa çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















