Çətənə yetişdirən qohumlar SAXLANILDI - FOTO

Ağdamda polislər qanunsuz olaraq çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxsləri saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində rayon sakinləri Anar Babayev və onun qohumu olan qadın saxlanılıb.
Onlar aqrotexniki üsulla narkotik tərkibli bitkiləri yetişdirməkdə şübhəli olduqlarına görə, yaşadıqları ünvanlara baxış keçirilib. Baxış zamanı, ümumulikdə 160 ədəd çətənə bitkisi və 450 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa keçirilən digər əməliyyat tədbiri ilə eyni əmələ görə şübhəli olan rayon sakini Səbuhi Vəliyev də saxlanılıb. Onun yaşadığı ünvandan isə 53 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Məhkəmənin qərarına əsasən A.Babayev və S.Vəliyev barəsində həbs, A.Babayevin qohumu barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO












