Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşdü

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı xarici işlər naziri Ceyhun Bayramov qonağı salamlayıb, Beynəlxalq Türk Akademiyasının fəaliyyətinin türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrini gücləndirilməsinə xidmət etdiyini qeyd edib.
Nazir Akademiyanın türk dünyası irsinin, tarixinin və mədəniyyətinin araşdırılmasında apardığı işlərin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini ifadə edib.
Nazir Ceyhun Bayramov Azərbaycan tarixinin xüsusi dövrünü yaşadığını qeyd edərək bu zaman çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən beynəlxalq təşkilatlar sırasında olan Beynəlxalq Türk Akademiyasına təşəkkürünü ifadə edib və bu dəstəyin həmişə ölkəmiz tərəfindən xüsusi minnətdarlıqla xatırlanacağını vurğulayıb.
Darxan Kıdırali bu səfərin hərbi toqquşmaların davam etdiyi bir vaxtda planlaşdırıldığını, lakin qələbəyə təsadüf etməsinin məmnunluq doğurduğunu bildirib.
O, bütün hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatı alqışlayıb və bu xüsusda Beynəlxalq Türk Akademiyası adından təbriklərini ifadə edib. Darxan Kıdırali şəhidlərimizə dərin hüznlə rəhmət və yaralılara şəfa diləyib.
O, Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında Türk Akademiyasının yerləşdirilməsi şərtləri və qaydaları haqqında saziş imzalanıldığını nazirin diqqətinə çatdırıb. Darxan Kıdırali Türk Akademiyasının yeni nəşrlərini nazirə təqdim edib.
Nazir Ceyhun Bayramov Akademiyanın yeni nəşrlərinin türk dünyası üçün dəyərli töhfə olduğunu bildirib. Nazir, həmçinin, Qazaxıstan Respublikasının hökuməti ilə Türk Akademiyası arasında sazişin imzalanması və beləliklə, Akademiyanın tam fəaliyyətə keçməsi üçün hüquqi proseduraların yekunlaşması münasibətilə qarşı tərəfi təbrik edib.
Görüş zamanı tərəflər, habelə Türk Akademiyasının gələcək layihələri və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM












