Çilidə 210 milyon dollar sərmayə qoyulmuş buzqıran gəmi təqdim edilib

Çilidə “Admiral Viel” adlı, Cənubi Amerikada ən iri buzqıran gəmi təqdim edilib.
Avtosfer.az xəbər verir ki, Çili hərbi hava qüvvələrinə məxsus olan yeni gəmi əsasən Antarktidaya daxil olmaq və planetimizin cənubunda iqlim böhranının nəticələrini öyrənmək üçün nəzərdə tutulub. Çəkisi 10.500 ton olan, saatda 5,4 kilometr sürətlə hərəkət edən və 1 metr qalınlığında buzu qıra bilən gəmidə 30-dan çox alimin okeanoqrafiya və hidroqrafiyaya aid, o cümlədən bioloji kütlə və dəniz faunası ilə bağlı tədqiqatlar aparması üçün zəruri avadanlıqlar quraşdırılıb.
“Admiral Viel” buzqıran gəmisinin inşası məqsədilə beş il davam etmiş layihənin birinci mərhələsi gəminin suya buraxılması ilə başa çatıb. Gəminin 2024-cü il avqustda işə başlaması nəzərdə tutulur.
Tikintisinə 210 milyon dollar sərmayə qoyulmuş yeni gəmi mənfi 30 dərəcəyə qədər şaxtaya davam gətirir, 60 gün ərzində avtonom rejimdə işləyə bilir. Bu, Çilidə ilk buzqıran gəmidir. Çilidən başqa, Braziliya, ABŞ, İspaniya, Almaniya və Koreyada da elmi tədqiqat təyinatlı buzqıran gəmilər var.
Ərazi baxımından Antarktidaya yaxın olması səbəbindən Çili alimlərin dünyada ən cənub nöqtəyə daxil olmaları üçün əsas “giriş qapısı” hesab edilir.
Çili alimlərinin sözlərinə görə, planetdə yaranmış fövqəladə iqlim şəraitində Antarktidaya diqqəti artırmaq zəruridir. Bu qitə iqlimin üç aspektinə birbaşa təsir göstərir: dəniz səviyyəsi, okeanın irimiqyaslı sirkulyasiyası və Albedo effekti (səthin günəş şüalarını əks etdirmək qabiliyyət). Yeni buzqıran gəmi Antarktidada baş verən hadisələrin fasiləsiz və daha ciddi monitorinqini aparmaqla, okeanoqrafiyaya aid məlumat toplamağa imkan verəcək.
azertac
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










