Çingiz 300 min ziyanı tam ödədi - Hökm gözlənilir

“Formula 1”ə ayrılan dövlət vəsaitini mənimsəməkdə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin keçmiş şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi yekunlaşır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda hökm elan ediləcəyi gözlənilir.
Prokuror Çingiz Mehdiyevə 10 il həbs cəzası tələb etmişdi. Onun vəkili Faiq Nəcəfov son anda məhkəməyə mənimsəmə epizodu üzrə dövlətə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı ərizə təqdim edib.
Məlum olub ki, Çingiz Mehdiyev 397 892 min manatlıq ziyanın qalan 297 892 min manatını da son gündə ödəyib. 100 min manatın isə ibtidai istintaq vaxtı ödəməsi barədə əvvəl məlumat vermişdik.
Müdafiə tərəfi bunu nəzərə alaraq cinayət işinə xitam verilməsini xahiş edib.
Prokuror məsləhətləşmə üçün məhkəmədən vaxt istəyib. Prosesə 1 saatlıq fasilə verilib.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü açdığı bu cinayət 2015-2020-ci illəri əhatə edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












