Çingiz Mehdiyevə 10 il həbs tələb edildi - Arif Rəhimov dindirilmədi

“Formula 1”ə ayrılan dövlət vəsaitini mənimsəməkdə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin keçmiş şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə istintaqı tamamlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Mehdiyevə verilmiş ittihamların sübuta yetirildiyini elan edərək onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini, üzərinə həbs qoyulmuş 1 milyonluq əmlaklarının müsadirə olunmasını tələb edib.
İttiham tərəfi bəyan edib ki, sərbəst mühakimə edilən təqsirləndirilən məhkəmə zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
Müdafiə tərəfi əvvəlki iclaslarda cinayət baş verən dövrdə Bakı Şəhər Halqası əməliyyat şirkətinin rəhbəri olmuş mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun da məhkəmədə dindirilməsini istəmişdi. Həmin vaxtda vəsatət baxılmamış saxlanılmışdı.
Bu gün eyni məsələ yenidən müzakirə edilib. Məhkəməyə sədrlik edən hakim Hakim Leyla Əsgərova-Məmmədova Arif Rəhimovun dindirilməsi ilə bağlı vəsatətə münasibət bildirməyib. Xanım hakim bunun səbəbini vəkillərin istintaq bitərkən bu vəsatəti yenidən müdafiə etməmələri ilə əlaqələndirib.
Vəkillərə müdafiə çıxışlarına hazırlanmaları üçün vaxt verilib.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü açdığı bu cinayət 2015-2020-ci illəri əhatə edir. Mənimsəmə epizodu üzrə dövlətə dəymiş ziyan 397 min 852 manat təşkil edir. Mehdiyev həmin məbləğin 100 min manatını geri ödəyib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












