Conson Ukraynada səfərdədir, Zelenski ilə görüşdü - YENİLƏNİB

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonla görüşüb.
Ukrayna Prezidenti bu barədə “Telegram” kanalında məlumat paylaşıb.
Vladimir Zelenski Kiyevdə Ukraynanın əsl dostu Boris Consonu salamladığını bildirib. Ukrayna Prezidenti ölkəsinə dəstəyinə görə Böyük Britaniyanın sabiq Baş nazirinə təşəkkür edib.
***
Britaniyanın keçmiş Baş naziri Boris Conson hazırda Ukraynadadır.
Boris Conson Ukraynaya Prezident Zelenskinin dəvəti ilə səfər etdiyini bildirib.
Boris Conson Buça və Kiyevin digər ətraf rayonlarına səfər edib.
Sabiq Baş nazir qeyd edib ki, Ukrayna xalqının iztirabları çox uzun müddətdir davam edir: “Bu müharibəyə son qoymağın yeganə yolu Ukraynanın qələbə qazanması və mümkün qədər bir o qədər də tez qalib gəlməsidir”.
Boris Conson bildirib ki, Putin nə qədər tez uğursuz olarsa, bu, Ukrayna və bütün dünya üçün bir o qədər yaxşı olacaq.
Baş nazirin sözçüsü təhlükəsizlik səbəbi ilə səfərin hər hansı bir detalını şərh etməyəcəklərini deyib. O bildirib ki, Boris Conson Böyük Britaniya hökumətinin Ukrayna ilə bağlı siyasətini, o cümlədən “Challenger” tanklarının göndərilməsi ilə bağlı son qərarı tam dəstəkləyir. (apa)
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












