Çovdarov əsgər rütbəsinə endirilib: General pensiyası ala bilmədi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi Akif Çovdarov hərbi qulluqçu pensiyası almaq üçün iddia qaldırıb.
Avtosfer.az xəbər verir ki, iddiaya Bakı İnzibati Məhkəməsində baxılıb.
Akif Çovdarov 47 il iş stajının olduğunu, o cümlədən 11 il MTN-də idarə rəisi işlədiyini bildirib. O, həmçinin, 2012-ci ildən həbs olunduğu günə qədər general-mayor rütbəsi ilə xidmət etdiyini məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə iddianı təmin etməyib. Məlum olub ki, məhkəmənin təqdimatına əsasən, Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Sözügedən sərəncama əsasən, Akif Çovdarov general rütbəsindən birbaşa əsgər rütbəsinə endirilib.
Məhkəmə qərarında göstərilib ki, iddiaçı Akif Çovdarov general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ yoxdur.
Akif Çovdarov qərardadla razılaşmayaraq apellyasiya şikayəti verib. Bu günlərdə Bakı Apellyasiya Məhkəməsi şikayəti əsassız sayaraq rədd edib.
Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılıb.
2022-ci ilin dekabr ayında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bir müddət əvvəl isə Ali Məhkəmə sözügedən qərarı ləğv edib.
“Qafqazinfo”
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










