COVID-19-la bağlı reyd keçirilib - VİDEO

Karantin qaydalarını pozanlar cərimələnib. Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev Real TV-ə deyib.
Bir tərəfdə koronavirusa yoluxanların sayı sürətlə artır, digər tərəfdə isə hələ də bəzi şəxslər bu təhlükəyə qeyri-ciddi yanaşır.
Pandemiya qaydalarına daha çox qapalı məkanlarda əməl edilmir.
Paytaxtın müxtəlif ərazilərində DİN əməkdaşları tərəfindən keçirilən reydlər zamanı qapalı məkanlarda tibbi maska taxmayan şəxslər barəsində inzibati qaydada tədbir görülüb.
Reyd zamanı həm avtobus sürücülərinə həm də sərnişinlərə koronavirus təhlükəsi barədə məlumat verildi və pandemiya qaydalarına əməl olunmağın vacibliyi izah edilib.
DİN əməkdaşları bir daha əhaliyə müraciət edir ki, cəbhədə döyüşlərin getdiyi bu günlərdə vətəndaşlar daha məsuliyyətli olmalıdır. Gözə görünməz düşmən olan Covid-19 infeksiyası unudulmamalı, onunla mübarizədə hər kəs həmrəylik nümayiş etdirməlidir.
Qeyd edək ki, son günlər koronavirusa yoxulanların sayının artması nəzərə alınaraq DİN əməkdaşları tərəfindən paytaxt ərazisində reydlər mütamadi davam etdiriləcək.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












