COVID-19-un yeni ştammı daha bir pandemiya dalğasına səbəb ola bilər - ÜST-dən XƏBƏRDARLIQ

Koronavirusun aşkar olunan yeni ştammı daha böyük yoluxma dalğası ilə nəticələnə bilər.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.
“Omicron XBB.1.5” adlanan subvariant artıq 29 ölkədə tapılsa da, daha çoxunda yayıla biləcəyi düşünülür. Məsələn, ABŞ-də cəmi bir neçə həftədən sonra o, mövcud olan digər subvariantları əvəz edib: “Omicron XBB.1.5” ilə bağlı halların sayı 4%-dən 40%-ə yüksəlib. Eyni hadisə Avropa ölkələrində də müşahidə olunub.
Təşkilat, bununla belə, insanlarda yaranmış immunitetə görə xəstəxanaya yerləşdirilmə və ölüm hadisələrinin nə dərəcədə artacağını bilmir.
Qurumun eksperti Maria van Kerkhove onu da vurğulayıb ki, ÜST “Omicron XBB.1.5”in hazırda təsirli olan digər subvariantlardan nə dərəcədə ağır olduğunu hələ araşdırmalıdır və yeni ştammın şiddətinin təhlili üzərində işləyir. Tədqiqatın nəticələri yaxın günlərdə dərc olunacaq.
oxu.az
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO











