Dağıntıları əlləri ilə qazaraq ailələrini axtaran ATALAR

Malatyada zəlzələdən dağılmış evlərinin xarabalıqlarını əlləri ilə qazaraq ailələrini axtaran Yalçın Alınak və Nihat Usta kameralara tuş gəlib.
Avtosfer.az xəbər verir ki, daşı, torpağı dırnaqları ilə qazaraq, doğmalarını xilas etməyə can atan yüzlərlə insan var.

Yalçın Alınakın cəhdləri boşa getməyib. Dağıntılar altından qızı Havinin səsini eşidib - “Ata burdayıq”.
Xilasetmə işlərinə lazer şüaları və termal kameraları ilə qoşulan hərbiçilər Havinin səsi gələn yerə dərhal lazer şüaları yönəldirlər. 7 mərtəbəli binanın altında qalan ailənin qurtarılmasına ümid yaranıb.
16 yaşlı Havin, anası və bacısı baş verən birinci zəlzələdən sonra evə daxil olub dincəlmək istəmiş, ikinci zəlzələdə ev yerlə yeksan olunca dağıntılar altında qalmışdılar. Hazırda onların xilasetmə işləri davam edir.

Nihat Usta 21 yaşlı qızını qurtarmaq üçün 3 gündür çalışır, O Yalçın qədər şanslı deyil. Dağıntıların ətrafından uzaqlaşa bilmir. Xilasedicilər öz işlərini görsələr də, o da yalın əllə qazıntılara kömək edib, xanımından, qızlarından bir səs eşitməyə çalışır.
Saatlar keçir. İndi artıq zəlzələ bölgəsində hər dəqiqə bir insan ömrü ilə ölçülür. Ümid isə yaşayır.
Lent.az
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
Sentyabrın 1-dən ÖDƏNİŞLİ OLACAQ – YENİ QAYDA
Bulvara gedən yoldakı eskalatordan hansı qurum məsuldur? - VİDEO
Dələduzluqda təqsirləndirilən şəxs Azərbaycana GƏTİRİLDİ
Xırdalanda gəlin qayınanasını döydü - SƏBƏB
Azərbaycanda futbolçu HƏBS OLUNDU
İlham Əliyevdən "Formula-1"lə bağlı SƏRƏNCAM
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO










