Dağlıq ərazilərə qar yağdı - FAKTİKİ HAVA

Aprelin 29-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Arabir şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Lerik, Altıağac, Xınalıq və Oğuzda (Başdaşağıl) qar yağıb.
Düşən yağıntının miqdarı Astarada 22, Qaxda 20, Qəbələ və Şəkidə 16, Zərdabda 9, Gəncədə 8, Balakəndə 7, Yardımlıda 6, Lənkəran, Göyçay, Sabirabad, Mingəçevir, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Cəfərxan, Gədəbəy, Daşkəsən, Şamaxı, Qobustan, İsmayıllı, Qusar, Xaltan, Tovuz, Kürdəmir, Göygöl, İmişli, Cəlilabad, Ağsu, Şəmkir, Beyləqan, Şuşa, Xocalı, Xankəndi, Füzuli və Ceyrançöldə 3 mm-dək təşkil edib.
Bəzi ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27 m/s, Naftalanda 23 m/s, Culfada 22 m/s, Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Ağdam, Gəncə,Tərtər və Beyləqanda 18 m/s, Bərdə və Şahdağda 16 m/s, Balakəndə 15 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-da 11, Aran rayonlarında 9, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












