Daha bir qazi işlə təmin edilib

Bir müddət əvvəl Vətən müharibəsi qazisi Rüstəm Süleymanov Kəlbəcər rayon icra hakimiyyəti başçısının onun işlə təmin edilməsinə maneə yaratması barədə videoçarx yayımlamışdı. O, Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında daha əvvəllər işlədiyi yerin boş olduğunu bildirərək işlə təmin edilməməsindən narazılıq edib.
Jurnalist Azər Qismət sözügedən qaziylə bağlı status paylaşıb. O bildirib ki, artıq Rüstəm Süleymanov adlı döyüşçü işlə təmin edilib: “O, bir müddət əvvəl Kəlbəcər rayon İcra hakimiyyətindən şikayət etmişdi. Əvvəl işlədiyi Kəlbəcər rayon mərkəzi xəstəxanasına işə bərpa olunmasını xahiş edirdi. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi tərəfindən Kəlbəcər rayon mərkəzi xəstəxanası ilə telefon əlaqəsi qurdum. Ordan məlumat verdilər ki, adını çəkdiyiniz vətəndaş hazırda Murovdağ qəsəbəsi ASM-də mühafizəçi vəzifəsində işləyir”.
Jurnalist eyni zamanda bildiribb ki, qazinin atası Süleymanov Fazil Şahmar oğlu Kəlbəcər rayon Mərkəzi xəstəxanası Publiki Hüquqi şəxsin Təxirəsalınmaz Tibbi yardım şöbəsində sürücü, anası Süleymanova Rəna Mədət qızı Kəlbəcər rayon mərkəzi xəstəxanasında xadimə işləyir. A.Qismət həmçinin Qarabağ döyüşlərində iştirak etmiş hər bir şəxsə individual qaydada yanaşmağı da təklif edir:
“Bəzi qazilərimiz var ki, döyüşə getməzdən əvvəl orta məktəb bitirmişdi, heç bir peşənin sahibi deyildi. İndi onların işlə təminatı üçün özləri ilə müzakirə aparılır. Peşə sahibi olmayan şəxslərə zavod-fabrikdə iş verilməsi heç cür alınmır. Çünki avadanlıq arxasında dayanıb idarə etmək üçün kurslara yazılmalıdır. Yaxud, yaşıllaşdırma idarəsində də işləməyə razılaşmır ki, bizə ayıbdır”./qafqzinfo
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












