Daşkəsəndə mərkəzi küçədən sel keçir, bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb

Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, güclü dolu və leysan yağışları qısa müddət ərzində şəhərdə əksər istinad divarlarını dağıdıb.
Həmçinin təbiət hadisəsi nəticəsində bəzi elektrik və rabitə xətləri qırılıb, yol infrastrukturuna zərər dəyib.
Bundan əlavə, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub, rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə və təsərrüfatlara ciddi ziyan vurub.
Hazırda şəhərin mərkəzi küçəsindən güclü sel keçir.
Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Hazırda fəsadların aradan qaldırılması ilə bağlı həyata keçirilən işlər davam etdirilir
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












