Daxili Qoşunlar aksiya iştirakçılarının təhlükəsizliyini yüksək peşəkarlıqla təmin edir

Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan şəhər və rayonlarımızda polis əməkdaşları ilə birgə ayıq-sayıq xidmət aparan Daxili Qoşunların hərbi qulluqçuları qanunvericiliklə onlara həvalə edilən vəzifələri peşəkarlıqla yerinə yetirir, təhlükəsizliyin təmin olunmasına öz layiqli töfhələrini verirlər.
Bu barədə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.
“Məlum olduğu kimi, son günlər Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təbii sərvətlərimizin talanmasına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına, eləcə də Qarabağ iqtisadi rayonunda ekoloji terrora etiraz olaraq ekofəallar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri Laçın-Xankəndi yolunun bir hissəsində dinc aksiya keçirirlər.
Aksiya iştirakçılarının təhlükəsizliyi Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən təmin olunur. Təhlükəsizliyin təmin olunması üzrə təşkil edilən xidmət aksiya iştirakçıları tərəfindən minnətdarlıqla qarşılanır. Fəallar tərəfindən aksiyada DİN-in hərbi qulluqçularının və polis əməkdaşlarının ünvanına alqışlarla səsləndirilən şüarlar ictimai rəğbətin, habelə onların fəaliyyətinin müsbət qiymətləndirilməsinin təzahürüdür”, – deyə Daxili Qoşunların məlumatında bildirilib.(poliqon.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO















