Dəbdən düşməyən peşə: Poçtalyonun bir günü - FOTO

Poçtalyon peşəsinin tarixi qədim Misir və Çinə qədər gedib çıxır. Həmin dövrdən bəri insanlar arasında rabitəni təmin edən bu peşə texnologiyanın inkişafı ilə birlikdə dəyişsə də, öz əhəmiyyətini hələ də qoruyub-saxlayır.
Müasir poçt xidmətlərinin ortaya çıxması isə 19-cu əsrə təsadüf edir. Öz növbəsində Azərbaycanda da ilk poçt kontoru 1818-ci ildə Gəncə şəhərində fəaliyyətə başlayıb. Müasir dövrdə telefon və internet insanlar arasında kommunikasiyanı sürətli və səmərəli etsə də, məktublar, rəsmi sənəd və bağlamaların ünvanlara çatdırılması hələ də poçtalyonların üzərinə düşür.
Onların günü səhər erkəndən başlayır: poçt mərkəzlərindən göndərilməli olan bağlama və məktubları götürərək ünvanlara vaxtında çatdırmaq üçün müxtəlif ərazilərə yollanırlar.
Bu gün poçtalyon peşəsini ölkəmizdə "Azərpoçt" yaşadır.
Avtosfer.az PhotoStock.az-ın "Azərpoçt"dan fotoreportajını təqdim edir:
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) şirkətlərindən olan "Azərpoçt"da hazırda 1000-ə yaxın poçtalyon çalışır.
O poçtalyonlardan ikisi Zaur Məmmədov və Minəxanım Mirzəyevadır. Zaur Məmmədov 15 ilə yaxındır ki, "Azərpoçt"un AZ1000 indeksli poçt şöbəsində xidmət göstərir. Bu sahəyə öz istəyi ilə gəlib və işini böyük sevgi ilə yerinə yetirir.
Mərkəzi Poçt Şöbəsinin əməkdaşı olmaq onun işinə məsuliyyətini birə-min artırır. Çünki xidmət etdiyi ərazidə həm də dövlət qurumları yerləşir. Zaur Məmmədovun çatdırılma istiqamətlərini əzbər bilməsi ona göndərişləri daha operativ çatdırmasına kömək edir. Bəzən çatdırdığı məktub bir insanın taleyini həll edir. Gün ərzində 50-yə yaxın ünvana çatdırılma həyata keçirir. Hər ünvan onun üçün yeni başlanğıcdır. Birində gülüş görür, birində təşəkkür eşidir. Minnətdarlıq dolu sözlər onun yorulmadan çalışması üçün ən böyük motivasiyadır.
Minəxanım Mirzəyeva isə illərdir ki, AZ1073 indeksli poçt şöbəsində poçtalyon kimi xidmət göstərir. O, küçələri və ünvanları çox yaxşı tanıyır. Uzun illər boyunca bu ünvanlarda yaşayan tanıdığı insanlar var. Uşaqları böyüyüb, ailə həyatı qurublar, amma o hələ də ona tanış insanlara məktublar çatdırır.
Minəxanım Mirzəyeva peşəsinə olduqca bağlıdır, çünki onun üçün poçt yalnız iş deyil, insanların həyatına toxunan bir körpüdür. Ağarmış saçı bir ömrün, zəhmətin izidir. O, hər alıcı imzasında, hər çatdırılmış məktubda bir xəbərə, bir müjdəyə şahidlik edib. Bu yol onu həm yaşlandırıb, həm də mənəvi gücləndirib. Yaşına baxmayaraq, Minəxanım Mirzəyeva hər gün eyni sevgi və məsuliyyətlə işinə davam edir.
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
Şiddətli yağışlar başlayacaq: 10-15 gün…
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb














