"Dedi ki, gərək Allaha sözünü mənim vasitəmlə çatdırasan" - "12-ci İmam"ın MƏHKƏMƏSİ

Özünü 12-ci imam kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmişlər - Etibar Novruzov və Telman Nuriyev ifadə verib.
Etibar Nuriyevin dediyinə görə, Aqil Babayevlə dini məclislərin birində tanış olub, sonradan onun həyətində bağbanlıq edib:
"O vaxt da ətrafında olan hər kəs buna inanırdı. Mən həmişə Allaha dua etmişəm. Günlərin birində Aqil mənə dedi ki, Allah sənin dediklərini eşitmir, gərək mənim vasitəmlə sözünü çatdırasan".
İş üzrə zərərçəkmiş şəxsə 9 min manat ziyan dəydiyi iddia olunur. O, həmin pulları uzun illər zəkat formasında verdiyini bildirib.
Təqsirləndirilən şəxs Etibar Novruzovun yalan danışdığını, bağbanı işlədiyi müddətdə ona hər cür köməklik etdiyini deyib.
Digər zərərçəkmiş Telman Nuriyev isə Aqil Babayevlə bir məhəllədə böyüdüyünü deyib. İttihama görə, o da Aqil Babayevin təsvirinə düşüb, müxtəlif vaxtlarda ümumilikdə 4 min manat zəkat verib.
Müdafiə tərəfi Telman Nuriyevdən Aqil Babayevin imam olmasına hansı səbəblə inandığını soruşub. Telman Nuriyev bunu son illərdə təbii fəlakətlərin və müharibələrin artması ilə əlaqələndirib.
Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur. (apa)
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI










