Dəmir yolu işçiləri tətil edirlər

İtaliyada dəmir yolu nəqliyyatında milli tətil elan olunub.
Avtosfer.az xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri birgünlük tətil ediblər.
Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib. Bəzi şəhərlərarası və regional qatarlar ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı yaranıb, bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.
İtaliyanın “Trenitalia” şirkəti tətil səbəbindən şəhərlərarası, regional qatarların tam və qismən ləğv olunduğunu açıqlayıb. Sərnişinlərə səfərlərin vaxtını dəyişdirmək və stansiyalara getməzdən əvvəl məlumatları dəqiqləşdirmək tövsiyə edilib.
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO












