Dəmir yolunda yenilik - Ucar-Hacıqabul hissəsi dəyişən cərəyana keçdi - FOTO
Xəbərlər
5 Sentyabr 2025 14:41

"Dəmir yolunun enerji infrastrukturunun yenilənməsi istiqamətində daha bir mühüm mərhələni başa vurduq – Bakı-Böyük Kəsik xəttinin Ucar-Hacıqabul hissəsində (122 km) dəyişən cərəyana keçidi uğurla tamamladıq". Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov sosial şəbəkə hesabında paylaşım edib. Sədr bildirib ki, bu sahə artıq yeni rabitə və işarəvermə sistemləri ilə təchiz olunub, müxtəlif proseslərin paralel şəkildə idarə olunmasına imkan verir və beynəlxalq standartlara cavab verir: "Dəyişən cərəyana keçid ekoloji təmiz elektrik qatarlarının istifadəsini genişləndirəcək, yük və sərnişin daşımalarında sürəti və təhlükəsizliyi artıracaq, dəmir yolumuzun regionda rəqabət üstünlüyünü möhkəmləndirəcək".
Rövşən Rüstəmov əlavə edib ki, qarşıdakı hədəf 2026-2027-ci illərdə Hacıqabul-Bakı (127 km) hissəsində işləri tamamlayaraq bütün Bakı-Böyük Kəsik dəmir yolu xəttini müasir dəyişən cərəyan sistemi ilə təmin etməkdir. Bu, Azərbaycanın strateji tranzit mövqeyini daha da gücləndirməsinə töhfə verəcək.
Emin
Oxunub : 1388
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
11 Noyabr 2026 19:57
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
ŞƏRH YAZ
















