Dəmir yolundan 3 min manatlıq oğurluq edilib - VİDEO

Dəmir yolları xəttinin Sabunçu rayonu Pirşağı-Zabrat mənzilinin 25-ci kilometrliyində təhlükəsizliyin təmin olunması məqsədi ilə dəmir yol kənarına çəkilmiş 22 ədəd əlvan metaldan olan tor naməlum şəraitdə oğurlanıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Loğmanov qısa zamanda saxlanılıb və Polis Şöbəsinə gətirilib. Həmin şəxsin oğurladığı dəmir torlar isə polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Kamran Loğmanov ifadəsində dəmir torları satmaq məqsədi ilə oğurladığını etiraf edib.
Qeyd edək ki, Kamran Loğmanov etdiyi oğurluq nəticəsində dəmir yol təsərrüfatına 3 min manata yaxın maddi ziyan vurub. Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












