Dənizin ortasında yuxuya getdi: Ölümdən son anda xilas edildi - VİDEO

Türkiyənin Ədirnə şəhərində Saros körfəzində su döşəyində yuxuya gedib qalan şəxs sahildən 7 kilometr aralandıqdan sonra qayıqla xilas edilib.
Belə ki, Yayla kəndi sahilində su döşəyi ilə dənizə girən şəxs yuxuya gedib, külək döşəyi sahildən 7 kilometr uzaqlaşdırıb. Həyat yoldaşından xəbər ala bilməyən kənd sakini turizmlə məşğul olan Mustafa Altunhan adlı şəxsdən kömək istəyib. Dərhal hadisə yerinə iki qayıq göndərilib və küləyin açıq dənizə sürüklədiyi döşəkdə çarəsiz qalan şəxs xilas edilib. Xilasetmə anı mobil telefonla lentə alınıb.
Mustafa Altunhan hadisə ilə bağlı açıqlama verərək sakinlərə xəbərdarlıq edib: “Atalar və analar, övladlarınızı xəbərdar edin. Əgər külək qurudan dənizə doğru əsirsə, döşək və ya velosipedlə dənizə çıxmayın. Belə xoşagəlməz hadisələr yaşaya bilərsiniz. Həmin an dostumla birlikdə ərazidə olmasaydıq, bu vətəndaşımız 10 dəqiqə ərzində gözdən itəcəkdi. Külək qurudan dənizə əsərsə əvvəlcə dalğa olmaz, amma dənizə doğru hərəkət etdikcə nəhəng dalğalarla qarşılaşa bilərsiniz. Bundan sonra isə xilas olmaq çox çətin olar”.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












