Deputat: "Antiterror tədbirlərindən sonra bizə düşmən mövqe sərgiləyənlər azğınlaşdı"

"Antiterror tədbirlərinin ardınca Azərbaycanın suverenliyini tam bərqərar etməsi regionda qeyri-sağlam maraqları olan qlobal subyektləri daha da aktivləşdirdi, ölkəmizə düşmən mövqe sərgiləyənləri daha da azğınlaşdırdı".
Avtosfer.az xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov hökumətin hesabatının müzakirəsi zamanı deyib.
Deputat hərbi xərclərlə bağlı fikrini bildirərək əlavə edib ki, Fransadan, Birləşmiş Ştatların demokratlar administrasiyasından tutmuş bölgəyə heç bir aidiyyatı olmayan Kanada və cırtdan Lüksemburqa qədər əleyhimizə böyük bir koalisiya formalaşdı:
"Belə bir məqamda ya geri addım atmalı, ya da zəfərlərimizdən doğan reallıqları qorumalı idik. Amma artıq bütün dünya bilir ki, “geri addım atmaq” cənab İlham Əliyevin fəaliyyətinə nəinki xas deyil, ümumiyyətlə heç onun leksikonunda olmayan bir anlayışdı. Deməli bir yolumuz qalırdı – o da daha güclü olmaq. Hesabat dövrü üzrə Azərbaycan iqtidarına milli dəstək kifayət qədər güclü olub və cənab İlham Əliyev şəxsiyyəti həmişəkindən daha artıq formada milli həmrəyliyin simvolu kimi çıxış edib".
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












