Arvadını “TikTok”a görə döyən kişi məsuliyyətdən azad edildi

Bakıda həyat yoldaşına mütəmadi fiziki və psixoloji zorakılıq etməkdə təqsirləndirilən şəxsin cinayət işinə xitam verilib. Məhkəmə tərəflərin barışmasını və dəymiş ziyanın ödənilməsini nəzərə alaraq onu cinayət məsuliyyətindən azad edib.
Avtosfer.az Modern.az-a istinadla xəbər verir ki, işə Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 133.1-ci - əzab vermə maddəsi ilə ittiham irəli sürülüb.
Qərarda göstərilib ki, kişi müxtəlif vaxtlarda birgə yaşadıqları mənzildə həyat yoldaşını döyərək ona fiziki ağrı və psixoloji iztirab verib. Epizodların bir qismində qadının "TikTok"dan istifadə etməsini mübahisəyə bəhanə edib.
İş materiallarına əsasən, o, qadını iradəsinə zidd olaraq otelə aparıb, hicabını açmağa və "TikTok"da canlı yayıma qoşulmağa məcbur edib. Daha sonra onun adından digər istifadəçilərə intim məzmunlu mesajlar yazıb.
Zərərçəkmiş məhkəmədə bildirib ki, həyat yoldaşı işləməsinə icazə vermədiyi üçün gəlir əldə etmək məqsədilə sosial şəbəkədə canlı yayımlar açmağa başlayıb. Onun sözlərinə görə, kişi müxtəlif vaxtlarda telefonunu əlindən alıb, ona xəsarətlər yetirib və hədələyib.
Qadın yaxınlarının evinə getdikdən sonra hadisələr barədə polisə məlumat verilib. Məhkəmə-tibbi ekspertizalarında onun bədənində müxtəlif xəsarətlər aşkarlanıb.
Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilib və həyat yoldaşını bir neçə dəfə vurduğunu etiraf edib.
Məhkəmə baxışı zamanı hər iki tərəf barışdıqlarını bildirərək işə xitam verilməsini istəyib. Zərərçəkmiş ona dəymiş ziyanın ödənildiyini, qarşı tərəfə şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin 29 oktyabr 2026-cı il tarixli qərarı ilə kişi Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunub, barəsindəki cinayət təqibinə və iş üzrə icraata xitam verilib. Onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv edilib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












