Banner

Gəncədə avtomobillə moped toqquşub, xəsarət alanlar var

Qəzalar 31 Oktyabr 2026 23:02
Gəncədə avtomobillə moped toqquşub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə olun

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili ilə mopedin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü M.Məhərrəmov və 2006-cı il təvəllüdlü İ.Kalazadə xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, xəsarət alan şəxslər mopeddə olublar.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 110
ŞƏRH YAZ
Ad

E-mail

Şərh