Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edəndən sonra bəzi dairələr Aİ-nin və onun müxtəlif dövlət institutlarının arxasında gizlənərək erməni lobbisinin sifarişləri ilə ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı hibrid təhdidlər etməyə başladılar".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının "Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum" mövzusunda keçirdiyi ictimai müzakirədə komissiyanın sədri Ramid Namazov bildirib.
O qeyd edib ki, Aİ və digər ölkələrdə hər hansı bir missiyanın yaradılması üçün hüquqi əsas olaraq iki şərt mövcuddur:
"Ya tərəfdaş ölkənin dəvəti olmalıdır, ya da BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi. Ermənistandakı missiyalara gəldikdə isə biz tamamilə fərqli mənzərə ilə qarşı-qarşıyayıq. Bu günə qədər Avropa İttifaqı Ermənistanda müxtəlif adlar altında üç missiya yaradıb. Bunlardan biri və ya birincisi qismən hüquqi əsaslara söykənsə də, digər ikisi Azərbaycanın razılığı olmadan, ölkəmizin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına və suverenliyinə təhdid yaradan missiyalar kimi qiymətləndirilə bilər".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












