Deputat uşaqları zorlayanların axtalanmasını təklif etdi

İntihar edən kişilərin sayı qadınlardan çoxdur. Amma qadınların intiharının əsas səbəbi məişət zorakılığıdır.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova deyib.
Onun sözlərinə görə, uşaqların intiharına səbəb daha çox ata-ananın davasıdır. Digər tərəfdən, uşaqlara qarşı cinsi istismar halları mövcuddur: "Belə hallar Azərbaycanda da baş verir. Bununla bağlı cəzalar sərtləşdirilməlidir, bunu edənlər axtalanmalıdır”.
Deputat daha sonra erkən nikah probleminə diqqət çəkib: “Mənim təmsil olunduğum Şamaxı rayonunda da bu problem var. Şamaxının Şıxbaba kəndində 9-cu sinifdə demək olar qız uşaqları yoxdur. Biz az qala yalvarırıq ki, qız məktəbə gəlmir, heç olmasa buraxılış imtahanı versin, nə atası qoyur, nə qardaşı. Qonşuda bir-birinə baxırlar, qardaş deyir ki, onun bacısı məktəbə getmir, mənimki də getməsin”. (cebheinfo)
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO












