Deputatdan Cahangir Əsgərova SƏRT SÖZLƏR: “Bizim ona gücümüz çatmır, ölkədə neçə prezident olar?”

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda iddia olunur ki, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prosesi gedir.
Avtosfer.az xəbər verir ki, deputat Aqil Abbas AZAL-ın fəaliyyəti ilə bağlı düşüncələrini bölüşüb.
O qeyd edib ki, AZAL-ı Cahangir Əsədovla bağlı xəbərlər yayılmamışdan öncə də həmişə tənqid edib: “AZAL monopoliyadır. Cahangir Əsgərov sanki özəl şirkət yaradıb. Dövlətdən dotasiya alıb istədiyini edir. Bunu tək mən yox, dövlət də görür. Buradan Tiflisə 1000 manata bilet olar? 600 km yoldur. Bu qiymətləri kim qoyur?!
AZAL-ın prezidenti Azərbaycan prezidentini qəbul etmir, özü özünün prezidentidir. Bir ölkədə neçə prezident olar? Ölkənin bir prezidenti var, o da Cənab Prezident İlham Əliyev. Qalanları sədr, şef və ya müdir olmalıdır.
Onu həmişə tənqid etmişəm. Amma gücümüz çatmır. AZAL-ın prezidentidir. Pulu, qüdrəti var, bizdən güclüdür”.
News24
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI












