Deputatdan Nadir Qafarzadənin bu hərəkətinə reaksiya

"Kimliyindən asılı olmayaraq cəmiyyətimiz üçün faydalı olan əməllərini təqdir etmək lazım. Doğru və bəyənilən hərəkətdir".
Avtosfer.az xəbər verir ki, deputat Fazil Mustafa sosial şəbəkədə müğənni Nadir Qafarzadənin qayınanasının vəfatı ilə bağlı atdığı addımı yüksək qiymətləndirib:
"Başqa formalarda da etmək olar. Yemək hazırladıb tələbə yataqxanasına, uşaq evinə, qocalar evinə göndərmək. Kimsəsiz uşaqlara qayğı göstərən bu cür quruma ehsan göndərmək də bəyənilən hərəkətdir. İnanmıram ki, bizdəki qədər öz həyatını qəlizləşdirən insanlar bolluğu olsun! Bir statistika aparın görəcəksiniz ki, uzaq rayona yas yerinə gedib qayıdarkən qəza nəticəsində dünyasını dəyişən on minlərlə insan olub. Deyək ki, 30 il öncə mobil telefon yox idi, indi kommunikasiya texnologiyası imkan verir ki, üz-üzə telefonda canlı görüntü ilə adamın kədərinə şərik ola biləsən. Bizdə yas mədəniyyəti yoxdur, birbaşa yas mədəniyyətsizliyi var. Sizin vəfat edən şəxsə xərclədiyinizin ona bir aidiyyəti varmı? Qalanlara, yaşayanlara bu xeyirxahlığı etməlisiniz ki, mərhumun ruhu sevinsin. Hələ mənasız şəkildə şöhrətpərəst çoxluğun qəbir daşlarına yatırdığı əhəmiyyətli vəsaiti demirəm. Bəzi yerlərdə yüz-yüz əlli nəfər tapılır ki, bu mənasız adətləri sadələşdirsin. Əlbəttə, bəyənilən addımdır. İsrafçılığın hər növündən uzaqlaşmaq lazımdır. Eləcə də vaxt israfından. Gəl bir stəkan çayını iç, başsağlığı ver get. Yas sahibini də əlavə xərcə, lüzumsuz əziyyətə salma. İmkan ver öz kədərini başqa qayğılarla yüklənmədən yaşasın. Hətta İran kimi öz səfeh adətlərini bizim milli-mənəvi dəyərlər kateqoriyasına soxuşdurmuş və xeyli sayda nadan, mövhumat zümrəsi yaratmış bir ölkədə belə bu cür mürəkkəbləşdirilmiş, vaxt və maddi israfçılıqla dolu yas mərasimləri keçirilmir. Adamlar gəlib məsciddə mərhumun yaxınlarına baş sağlığı verib öz işlərinin dalınca gedirlər. İmkanın çoxdur, Nadir Qafarzadənin nümunəsində yoxsullara, ehtiyacı olanlara fayda ver".
Qeyd edək ki, müğənni bir müddət əvvəl vəfat edən qayınanasının vəsiyyətinə əsasən, ənənəvi yas süfrəsi qurmaq əvəzinə, ehtiyacı olan ailələrə ət paylayıb.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










