DGK vətəndaş müraciətlərinin cavablandırılmasını elektronlaşdırır - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) vətəndaş müraciətlərinin cavablandırılmasını elektronlaşdırır. Bu məqsədlə pilot variantda Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları üçün xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz yaradılıb.
Avtosfer.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov bildirib.
Onun sözlərinə görə, məqsəd vətəndaş müraciətlərinin cavablandırılması prosesində operativliyin artırılması, şəffaflığın, əlçatanlığın təmin olunması, xidmətlərin rəqəmsallaşdırılmasıdır. Qeyd edib ki, mərkəzdə göstərilən bütün xidmətlər elektron növbə sistemi əsasında “Bir pəncərə” prinsipi ilə həyata keçirilir. Vətəndaşlar burada bəyannamələrin doldurulması, müvafiq gömrük ödənişlərinin ödənilməsi, rəsmiləşdirilmə prosesində yaranan çətinliklərin aradan qaldırılması, sənədlərin tərtib olunması, məlumatlandırma xidmətlərindən faydalana biləcəklər.
Vurğulayıb ki, mərkəzdə digər dövlət qurumları- Dövlət Vergi Xidməti, KOBİA, AQTA ilə bağlı əməliyyatları da həyata keçirmək mümkündür.
Rəis müavini əlavə edib ki, rahatlığın və əlçatanlığın təmin olunması məqsədilə mərkəzdə kompüter və printer, ödəmə terminalları, məlumatlandırıcı lövhələr, elektron terminal, gömrük əməkdaşları ilə operativ əlaqə saxlamaq üçün telefonlar quraşdırılıb. Bildirib ki, tətbiq edilən yenilik gömrük rəsmiləşdirilməsi prosesinin çevik şəkildə aparılmasına, xarici ticarət iştirakçılarının vaxta qənaət etməsinə, vətəndaş-məmur münasibətlərində qarşılıqlı etimadın artırılmasına şərait yaradacaq. Eyni zamanda, vətəndaş müraciətlərinin və sorğularının vahid bazası formalaşacaq ki, bu da məlumatların emalı və təhlilinin aparılması, hədəflərin düzgün müəyyənləşdirilməsi, xidmətlərin səmərəliliyinin ölçülməsi baxımından mühüm əhəmiyyət daşıyır.



Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












