DGK: Xaricdən gətirilən mobil telefonlar gömrük orqanlarına bəyan edilməlidir

Fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük orqanlarına yazılı (elektron) formada bəyan edilməlidir.
Avtosfer.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, aparılan təkmilləşdirilmələr çərçivəsində cari ilin fevral ayının 15-dən etibarən gömrük orqanlarına bəyan edilən mobil telefon və digər simsiz rabitə avadanlıqları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vahid elektron xidmətlər portalında qeydiyyata alınır.
Fiziki şəxslərin ölkə ərazisində əldə edəcəkləri mobil telefon və digər simsiz rabitə avadanlıqlarının qeydiyyata alınması barədə məlumatı IMEI kodu vasitəsilə müvafiq portal (portal.rinn.az) üzərindən yoxlamaları tövsiyə olunur.
Eyni zamanda Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı Mərkəzindən də məlumat almaq olar.
Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinə əsasən gömrük orqanlarına bəyan edilməyən mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ölkə ərazisinə gətirilməsi məsuliyyət yarada bilər.
“Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, xaricdən gətirilən mobil telefonlar və digər simsiz rabitə avadanlıqları sərhədkeçmə anında mütləq şəkildə gömrük orqanlarına bəyan edilməlidir. Bəyannamə yazılı, yaxud elektron qaydada köşklər, e.customs.gov.az portalı və “Smart Customs” mobil tətbiqi vasitəsilə təqdim edilə bilər”, - deyə məlumatda bildirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












