Yolların bağlanması ilə bağlı İmtahan verənlərə MÜRACİƏT EDİLDİ

Dövlət İmtahan Mərkəzi sabah imtahan verəcək şagirdlərə və abituriyentlərə “Bakı Marafonu 2023”lə əlaqədar küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması ilə bağlı müraciət edib.
Dövlət İmtahan Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir:
Mayın 7-də Səbail rayonu ərazisində yerləşən məktəblərdə (51, 160, 163, 189-190, 236, 239 nömrəli) imtahan verəcək şagirdlərin və abituriyentlərin nəzərinə çatdırırıq ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata əsasən, “Bakı Marafonu 2023”lə əlaqədar sabah səhər saatlarından etibarən yürüşlə bağlı Səbail rayonu ərazisində bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.
Bildirilib ki, hərəkət məhdudlaşdırılan küçə və prospektlərə nisbətən yaxın hesab oluna biləcək məktəblərdə imtahan verəcək şəxslərin imtahan binasına müəyyən olunmuş vaxtda çata bilmələri üçün müvafiq halı nəzərə almalarını tövsiyə edirik.
Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iştirakçıların imtahan binasına rahat və müəyyən olunan vaxtda çata bilmələri üçün onların yaşadıqları əraziyə yaxın məsafədə yerləşən məktəblər seçilib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahan binasına buraxılış rejimi saat 10:45-də başa çatır.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü il mayın 7-də respublikanın 21 şəhər və rayonunda tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumtəhsil müəssisələrinin şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












