DİN-də “Heydər Əliyev ili”nə həsr olunmuş tədbir keçirilib - FOTO

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə mayın 6-da Daxili İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və hərbi qulluqçuları Fəxri Xiyabana gələrək Ulu Öndərin abidəsi önünə çiçək dəstələri düzüblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib. Sonra Nazirlikdə ümummilli liderin yubileyinə həsr olunmuş tədbir keçirilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbiri giriş sözü ilə açaraq Ulu Öndər Heydər Əliyevin yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, demokratik imicinin yüksəldilməsində, ümumən dövlətçilik tarixində müstəsna xidmətləri barədə ətraflı qeyd edib, daxili işlər orqanlarının formalaşmasında və inkişafında rolunu, şəxsi heyətə diqqət və qayğısını vurğulayıb.
Tədbir iştirakçıları qarşısında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Ədalət Qasımov “Azərbaycan xalqının tarixi taleyində Heydər Əliyev fenomeni” mövzusunda əhatəli çıxış edib. Tədbirdə ümummilli liderin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən «Heydər Əliyev və 44 günlük Zəfər Yolu» sənədli filmi nümayiş olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər Nazirliyin Polis Akademiyasında, Ali Hərbi Məktəbində, Əlahiddə Çevik Polis Alayında, Bakı şəhər Baş Polis İdarəsində, ərazi polis orqanlarında və hərbi hissələrində də keçirilib, həmçinin konfranslar, intellektual yarışlar, idman turnirləri, müsabiqələr, ağacəkmə aksiyaları və sair təşkil edilib.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
















