DİN-dən məşhur hoteldə karantin qaydalarının pozulması ilə bağlı AÇIQLAMA - VİDEO

Bakıda karantin olmasına baxmayaraq, hotellərin birində kütləvi tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, martın 1-də “Park İnn” hotelində "Türkiyə Zirvə Ödülləri"nin təqdimat mərasimi keçirilib. Tədbirdə bir çox tanınmışlar da iştirak edib.
Mərasimdə 50 nəfərdən artıq şəxs toplaşıb. Hətta ara məsafə belə gözlənilməyib və bəzi şəxslər maska taxmayıblar.
Videogörüntülərdən də aydın olur ki, mükafatlandırma mərasimində karantin qaydaları pozulub.
DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbirin keçirildiyi gün polis əməkdaşları həmin ünvana yaxınlaşaraq orada keçirilən tədbirin konfrans xarakterli olması və sosial məsafə ilə bağlı tələblərə əməl edilməsi müəyyən edilib.
Konfrans pandemiya şəraitində qanunla nəzərdə tutulan normalar çərçivəsində təşkil olunub, yalnız səhnədə çıxış edən şəxslər tibbi maskadan istifadə etməyiblər.
Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq. Qurumun İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirdi ki, bu məsələ qurumun səlahiyyətləri çərçivəsindən kənardır.
“TƏBİB-in işi tibbi xidmətin təşkilini təmin etməkdən ibarətdir. Qapanma və ya karantin qaydalarının yumşaldılması qərarı TƏBİB tərəfindən verilmir”, - deyə Elnarə Baxış bildirib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirildi ki, bu barədə məlumat daxil olub. Rəsmi açıqlama olan kimi ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimində ölkə ərazisində insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












