Banner

DİN-in yanında İctimai Şuraya seçkilərin növbəti mərhələsinin vaxtı açıqlanıb

Xəbərlər 5 İyun 2021 17:14
DİN-in yanında İctimai Şuraya  seçkilərin növbəti mərhələsinin vaxtı açıqlanıb
WhatsApp kanalımıza abunə olun

Məlum olduğu kimi əvvəlcədən verilmiş elana uyğun olaraq, iyunun 3-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirildi. Seçkinin qanunvericiliyin tələblərinəuyğun və şəffaf  keçirilməsi üçün bütün zəruritədbirlər tətbiq edilmişdir. 

​Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata əsasən bildirir ki, seçkidən öncə əlçatanlığın və şəffaflığın təmini məqsədilə qeydə alınmış namizədlərin və seçicilərin siyahıları DİN-in rəsmi saytında (mia.gov.az) və bütün sosial şəbəkələrdəki rəsmi səhifələrində (polisazerbaycan) əvvəlcədən yerləşdirilmişdir.Seçki günü namizədlərdən yalnız 2 nəfəri – Mehriban Zeynalova və Əliməmməd Nuriyev yetərli səs toplayaraq seçilmişlər. 

​Digər namizədlərin seçilməsi üçün iyun ayının 7-də saat 10:00-da DİN-in Azadlıq prospektindəki inzibati binasında təkrar seçkinin keçirilməsinə qərar verilmişdir. Seçkinin nəticəsindən narazı qalan namizədləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini növbəti seçki prosesini izləməyə dəvət edirik. 

​Tələb olunan sayda səs toplaya bilməyən 38 namizəddən isə yalnız 5 nəfərin qeyri-obyektivlik göstərərək seçkinin nəticələrinə şübhə ilə yanaşmaları təəssüf doğurur. Bir dahabildiririk ki, seçki qanunvericiliyin tələblərinəuyğun şəffaf atmosferdə keçirilib. Biz seçkidəiştirak edən namizədlərin hər birinə, seçilib-seçilməməsindən asılı olmayaraq həmişəhörmətlə yanaşmışıq və bundan sonra da bumünasibət  davam etdiriləcəkdir.

​

Oxunub : 2074
ŞƏRH YAZ
Ad

E-mail

Şərh