DİN narkotik aludəçilərinin atasının iddialarına cavab verdi - FOTO - VİDEO

İnternet Tv kanallarının birində polis əməkdaşlarının hərəkətləri ilə bağlı əsassız və həqiqətə uyğun olmayan iddialar səsləndirilib.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, vətəndaş Vidadi İsayevin narkotik aludəçisi olan övladları - əvvəllər CM-in 234-cü maddəsilə məhkum olunan Vüsal və Şahin Səmədovla bağlı səsləndirdiyi iddialarının hüquqi əsası yoxdur, yalandır, müdafiə məqsədi daşıyır.
Belə ki, mayın 15-də gecə saatlarında qardaşlar özlərinə məxsus “Daewo gentra”markalı maşınla sifariş verdikləri narkotik vasitəni götürmək məqsədilə Səbail rayonu Badamdar qəsəbəsinə gəliblər.
Qeyd olunan ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxslərə yaxınlaşarkən onlar nəqliyyat vasitəsini polis əməkdaşlarının üzərinə sürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər. Bu zaman polis əməkdaşı qanunamüvafiq olaraq xidməti tabel silahından istifadə etməklə avtomobilə atəş açıb. Nəticədə avtomobildə olan V.Səmədovun ayaq nahiyəsindən xəsarət alıb. Araşdırmalarla hadisə yerindən 1 büküm narkotik vasitə olan heroin aşkarlanıb.
V.Səmədovun müalicəsi davam etdirilir.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














