DİN və DSX-dən birgə ƏMƏLİYYAT – Saxlanılan var - FOTO

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti Beyləqanda əməliyyat keçirib, 160 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən daha bir xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Beyləqan rayonunda keçirilən tədbir zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Tərlan Xasməmmədov saxlanılıb.
Bu şəxsdən və onun sərnişin kimi əyləşdiyi avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 100 kiloqram qurudulmuş marixuana və 60 kiloqram tiryək aşkar edilib.
İlkin sorğu zamanı Tərlan Xasməmmədov ondan aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Yaşar” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən Beyləqan rayonu, 2-ci Şahsevən kəndi ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











