DİN yanında İctimai Şura "Bravo"ya silahlı basqınla bağlı açıqlama yaydı

"Azərbaycan Repsublikası Daxili İşlər Nazirliyi yanında İctimai Şura 04.03.23 tarixində Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında yerləşən BRAVO hipermarketində inkassasiya heyətinə hücumu həyata keçirmiş cinayətkarların tez bir zamanda aşkarlanması və onlardan birinin zərərləşdirilməsini və digərinin həbsini yüksək qiymətləndirir. Daxili İşlər Nazirliyi yanında İctimai Şura ictimaiyyətin polisə dəstəyini təqdir edir".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yaydığı açıqlamada məlumat verilir. Açıqlamada daha sonra deyilir:
"Polisin bu peşəkar əməliyyatı bir daha göstərdi ki, Azərbaycan hüquq-mühafizə orqanları asayişin qorunması sahəsində, eyni zamanda cinayətkarlara qarşı mübarizədə peşəkarlıqla, günün tələbləri səviyyəsində fəaliyyət göstərir. Daxili İşlər Nazirliyi yanında İctimai Şura hesab edir ki, polisin bu qətiyyətli addımları, əməliyyat axtarış tədbirlərini peşəkarlıqla təşkili potensialı təhlükəsizliyin və ölkədə ictimai-siyasi sabitliyin qorunmasına zəmanət verən amillərdən biridir. İctimai Şura
ictimai asayişin qorunması, həmçinin, cinayətkarlığa qarşı mübarizədə Daxili İşlər Nazirliyinə ictimai dəstək verilməsini mühüm hesab edir və bu istiqamətdə səyləri dəstəkləməkdə davam edəcək".
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










