DİQQƏT! - Uşaqlar arasında ölümcül xəstəlik yayılır

Uşaqlar arasında ölümcül xəstəlik yayılır.
Uşaqlarda görülən MIS-C xəstəliyindən ölüm nisbəti 10-40%-dir.
Mütəxəssislərin fikirlərinə görə, bu xəstəlik əsasən koronavirusa yoluxan uşaqlarda müşahidə olunur.
Bu xəstəlik uşaqlarda ürək-damar sistemi, mədə-bağırsaq sistemi, damar sistemi, sinir sistemi, yəni beyin funksiyaları kimi bir çox funksiyaları pozur.
Qeyd edək ki, MIS- C xəstəliyi ümumiyyətlə 18 yaşdan kiçik bütün uşaqlarda müşahidə oluna bilər.
Hacettepe Universiteti Tibb Fakültəsi Uşaq Yoluxucu Xəstəlikləri Elm sahəsi Başçısı Prof. Dr. Mehmet Ceyhan MIS-C ilə müraciət edən uşaqlarda görülən ümumi simptomlara diqqət çəkərək xəstəliyin qarşısını almağın yeganə yolunu açıqlayıb:
“Bu xəstələrin 2-4 həftə əvvəl covid olduğunu aşkar edirik. Özü də onların çoxu yüngül və ya asemptomatik covid olan uşaqlardır. Uşaq xəstəxanaya MIS-C ilə gəlir, ancaq müayinələr nəticəsində bu uşağın 2-4 həftə əvvəl kovid olduğunu müəyyən edə bilərsiniz”.
Bütün bunlarla yanaşı həkim xəbərdarlıq da edir:
"Xəstəxanaya vaxtında gəlmək vacibdir. Tətbiq etdiyimiz bəzi müalicə üsulları var. Amma bunlar vəziyyəti düzəltməkdənsə, xəstəliyin yaratdığı pozğunluqları düzəltmək üçün edilən müalicələrdir. Biz iltihabı yatırmağa çalışırıq. Hazırda böyüklərdə müşahidə olunur bu xəstəlik. Amma daha çox 18 yaşına kimi olan insanlarda olur. 2 yaşa qədər daha nadir görünür, çünki immun sistemi o reaksiyanı göstərəcək qədər inkişaf etməlidir”. (lent.az)
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ











