Dövlət Agentliyi səhiyyə xidmətində dəyişikliklər etdi: yeniliklər nədən xəbər verir? - VİDEO

Paytaxtda fəaliyyət göstərən tibb müəssisələri vahid bir mərkədə birləşəcəklər. Artıq bununla bağlı işlər yekunlaşıb. Bu məqsədlə yeni tibb müəssisəsi mərkəzi yaradılıb.
Avtosfer.az xezerxeber-ə istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi səhiyyə xidmətində bir sıra yeniliklər edib. Belə ki, ölkəmizdə 11 yeni tibb mərkəzi yaradılıb. Bunu jurnalistlərə açıqlamasında Agentliyin Tibbi İddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.
O bildirib ki, aprelin 1-dən tibb müəssisələrində bir sıra struktur dəyişikləri həyata keçirilir.
Departament rəhbəri bildirib ki, aparılmış struktur dəyişikliyinə əsasən paytaxtda çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisələri müvafiq ərazi üzrə tibb mərkəzlərinin tabeliyinə verilib.
Vüqar Qurbanov həmçinin bildirib ki, bundan sonra hər bir mərkəz öz maliyyə və siğorta hesabatlarını icbari siğorta agentliyinə özləri təqdim edəcəklər.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












