Dövlət Dəniz və Liman Agentliyi beynəlxalq təşkilatın 79-cu sessiyasında Azərbaycanı təmsil edib - FOTO

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Dəniz ƏtrafMühitinin Mühafizəsi Komitəsinin Londonda keçirilən 79-cu sessiyasında ölkəmizi təmsil edib.
Tədbirdə agentliyin Dəniz üzgüçülüyü əməliyyatları departamentinin Dövlət bayraq və liman nəzarəti şöbəsinin müdiri Əli Əliyev, Hüquq və beynəlxalq əlaqələr departamentinin Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi İsmayıl Aslanov iştirak edib.
Sessiya çərçivəsində Azərbaycan Respublikasının qoşulduğu “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın (MARPOL) əhatə etdiyi yük halında daşınan neft, kimyəvi maddələr, gəmilərdən çirkab, tullantı, istixana effekti yaradan qaz (GHG) emissiyalarının azaldılması, həmçinin gəmilərdən çirkləndirilmənin qarşısının alınması və ona nəzarət kimi dəniz ətraf mühiti ilə bağlı mühüm məsələlər müzakirə olunub.
Bununla yanaşı, sessiyada ballast sularında zərərli su orqanizmləri, hava çirkləndirilməsinin qarşısının alınması, gəmilərin enerji səmərəliliyi, plastik materiallarla çirkləndirmə ilə mübarizə mövzularında hesabatlar dinlənilib. Panel iclaslarda dəniz ətraf mühitinin qorunması üzrə texniki əməkdaşlıq fəaliyyətləri barədə də fikir mübadiləsi aparılıb.
Beynəlxalq tədbirdə Dəniz Ətraf Mühitinin Mühafizəsi Komitəsi tərəfindən Aralıq dənizinin Kükürd Emissiyalarına Nəzarət Zonasına (SECA) daxil edilməsi və Enerji Səmərəliliyi Dizaynı İndeksi (EEDI) üzrə yeni hesablama qaydalarının təsdiq edilməsinə dair müvafiq qətnamələr qəbul edilib.
Həmçinin sessiya zamanı 2023-cü il üçün sözügedən komitənin yeni sədr və sədr müavininin seçilməsi məqsədilə səsvermə də keçirilib.
Prezident sərancam imzaladı - Şahin Bağırovun rütbəsi artırıldı
Prezident İlham Əliyev onları təltif etdi - SƏRƏNCAM
ADY sədri gürcü həmkarı ilə görüşdü - FOTOLAR
Bakının mərkəzi prospektində AVTOBUS ZOLAĞI LƏĞV OLUNUR? - VİDEO
Yenicə vəzifə verilmişdi, işdən ÇIXARILDI
Bakının bir küçəsi bu gündən tam bağlanır - SƏBƏB - FOTO
Xırdalanda açılacaq tunel bu vaxtdan istifadəyə veriləcək – Rəsmi AÇIQLAMA
Prezident onu nazir müavini vəzifəsindən AZAD ETDİ
Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in taleyi necə oldu? - FOTOLAR
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran yol nişanı ilə bağlı TƏDBİR GÖRÜLDÜ - FOTO
Hikmət Hacıyevin də adından yayılan video saxtadır - RƏSMİ











