Dövlət Departamenti: Azərbaycan dinlər arasında qarşılıqlı hörmət nümunəsidir

“Azərbaycan təkcə dinlər və xalqlar arasında tolerantlığın yox, həm də müsəlman çoxluğu ilə xristian və yəhudi icmaları arasındakı həqiqi hörmət baxımdan da nümunə ölkədir”.
Avtosfer.az xəbər verir ki, bunu Dövlət Departamentinin Antisemitizmə nəzarət və mübarizə üzrə missiya rəhbəri, xüsusi elçi Elan Karr antisemitizmlə mübarizə məsələlərinə həsr olunmuş telekonfransdakı nitqi zamanı bildirib.
“Vaxtilə yəhudi icması sinaqoq tikəndə və yaxud təmir etdirəndə vəsaitləri olmazdı. Müsəlman imamı, müsəlman icmasının lideri şəxsən məsələyə qarışaraq sinaqoqu təmir etdirmək üçün əlavə vəsait tapmağa kömək edirdi. Bu cür hadisələr dilə gətirilməlidir. Bu məsələyə dair dünyada yaxşı xəbərlərin çox olduğunu daha əvvəl demişdim. Həqiqətən dünya üzrə, o cümlədən Yaxın Şərqdə, müsəlman dünyasında, Avropada xeyli yaxşı xəbərlər var. Biz də həqiqətən bu hadisələri dilə gətirməliyik. Çünki bunlar hamımızın can atdığımız mehriban gələcəyə, yəni təkcə tolerantlığın yox, müxtəlif milli və etiqad icmaları arasında hörmətin olacağı gələcək üçün mühüm ilham mənbəyidir”, – Ağ Ev rəsmisi deyib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












