Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən internat evində rəsm müsabiqəsi keçirilib - FOTO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin şagirdləri arasında keçirilən "Təbiət bizim evimizdir” rəsm müsabiqəsinə yekun vurulub.
Müsabiqənin məqsədi uşaqların Azərbaycan təbiətinə sevgi və marağının daha da artırılması, ətraf mühitin mühafizəsinə diqqət çəkilməsi, həmçinin gənc istedadların yaradıcı təfəkkürünün inkişafına xidmət edən qabiliyyətlərin aşkara çıxarılması olub.
Tədbirdə çıxışçılar Ulu Öndər Heydər Əliyevin təbiətə, ətraf mühitin qorunmasına olan qayğıkeş münasibətindən, gənc nəsil arasında həmin hisslərin təbliğ olunmasının zəruriliyindən bəhs ediblər. Şagirdlər isə fərdi bacarıqlarını nümayiş etdirərək Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, rəqs nömrələri ifa ediblər.
Dövlət və özəl qurumların əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə uşaqların çəkdiyi Azərbaycanın füsunkar təbiətinə həsr olunan rəsmlər münsiflər heyəti tərəfindən qiymətləndirilib, iştirakçılara təltifnamələr təqdim olunub.
Tədbirin sonunda uşaqların çəkdiyi rəsmlərin satış yarmarkası təşkil edilib və əldə olunan gəlir uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə internat məktəbinin hesabına köçürülüb.


Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












