DGK-nin sədri Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO

İyunun 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrükxidməti general-polkovniki Səfər Mehdiyev Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə vəsəlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, Komitə sədri Azərbaycanla Pakistan arasında stratejiəməkdaşlıq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Bildirilib ki, beynəlxalq vəregional əhəmiyyətli məsələlərdə dövlətlərimiz qarşılıqlıdəstək və etimad nümayiş etdirirlər. Səfər Mehdiyev 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqqişinə bütün müstəvilərdə tam dəstək verən Pakistan dövlətinə və xalqına minnətdarlığını bildirib.
Səfər Mehdiyev qarşılıqlı münasibətlərin iqtisadi, eləcədə gömrük işinin təşkili sahəsində inkişaf etdirilməsiüçün böyük potensialın olduğunu və imkanlardansəmərəli istifadə etməklə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğulayıb.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində həyata keçirilən islahatlardan bəhs edən Komitə sədri tətbiq edilən yeniliklər hesabına Azərbaycan gömrüyünün çevik və dinamik bir qurumaçevrildiyini diqqətə çatdırıb. Səfər Mehdiyev iki ölkəningömrük orqanları arasında təcrübə və məlumat mübadiləsinin, hərtərəfli əməkdaşlığın gücləndirilməsinin beynəlxalq ticarətin inkişafına, həmçinin əhalinin rifahının yaxşılaşmasına töhfə verəcəyinə əmin olduğunu söyləyib.
Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye səmimi görüşə görə təşəkkürünü bildirib və Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbriklərini çatdırıb.
Ölkələrimizin əməkdaşlıq münasibətlərindən danışan səfir qeyd edib ki, iki ölkə arasında strateji əməkdaşlıqla yanaşı, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi üçün mühüm imkanlar var və aidiyyəti qurumlar, o cümlədən gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsi bu sahənin inkişafına, qarşılıqlı ticarət dövriyyəsinin artmasına təkan verə bilər.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO














