DTX Akademiyası müdavimlərinin növbəti buraxılış tədbiri keçirildi - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışı ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.
DTX-nin Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlcə Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq, Ulu Öndərin Akademiyada ucaldılmış abidəsi ziyarət edilmiş və önünə gül dəstələri qoyulub.
Mərasimdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi yolunda həlak olmuş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Dövlət Himni səsləndirildikdən sonra məzunlara diplomlar təqdim olunub.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Akademiyanın şəxsi heyətini, məzunları və onların valideynlərini salamlayaraq, təhlükəsizlik orqanlarında çalışacaq gənc zabitləri təhsillərini müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, əsası 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və dahi rəhbərin adını daşıyan bu tədris ocağında qazandıqları bilik və praktiki vərdişləri gələcək xidməti fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə, Heydər Əliyevin bu orqanlarda yaratdığı peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə, təhlükəsizliyin etibarlı təminatına öz töhfələrini verəcəklərinə ümidvar olduğunu bildirib. Akademiyanın yaranmasının 25 illiyinin Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf etdiyini diqqətə çatdıran Xidmət rəisi ötən illər ərzində bu ali təhsil müəssisəsində xüsusi xidmət orqanları üçün yüksək ixtisaslı kadrların hazırlanması, maddi-texniki bazanın davamlı təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülməsindən söhbət açıb.
General-polkovnik Əli Nağıyev hazırda Akademiyaya qəbul və namizədlərin seçiminə ciddi tələblərin qoyulduğunu və imtahanlarda yüksək keçid balları toplayaraq Akademiyaya daxil olan və fərqlənmə diplomu ilə bitirən kursantların sayının ildən-ilə artdığını qeyd edib, onların respublikada keçirilən müxtəlif bilik yarışlarında birincilik əldə etmələrinin məmnunluq doğurduğunu vurğulayıb.
Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Akademiyaya xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi ölkə başçısının müvafiq Sərəncamı ilə Akademiyanın təhsil sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması və imkanlarının daha da genişləndirilməsi üçün nizamnaməsində dəyişiklik edilərək yeni bakalavr və magistr ixtisaslarının təsis edildiyi barədə məlumat verilib.
Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev gənc zabitlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, dövlətimizin təhlükəsizliyinin qorunması kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklərinə inamını ifadə edib.
Sonra tədbirdə söz alan digər çıxışçılar da Akademiyada kursantların hərtərəfli savada və geniş dünyagörüşünə yiyələnmələri üçün yaradılan şəraitə görə ölkə Prezidenti İlham Əliyevə və DTX-nin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Sonda xatirə fotoşəkli çəkdirilib.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











