Dünya Bankı Türkiyəyə 1 mlrd. dollar ayıracaq

Dünya Bankı Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinin bərpası üçün 1 milyard dollar ayıracaq.
Bu barədə “NTV Haber” məlumat yayıb.
Dünya Bankı zəlzələdən zərər çəkmiş ərazilərdə mənzil və əsas kommunal xidmətlərin bərpasına kömək etmək üçün Türkiyəyə 1 milyard dollar vəsait ayrılması barədə qərarı təsdiqləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı qeyd edib ki, cari ilin oktyabr-noyabr aylarında hökumət zəlzələdən zərər çəkmiş rayonların sakinləri üçün evlərin istifadəyə verilməsinə başlamağı planlaşdırır.
Xatırladaq ki, bu ilin 6 fevral tarixində Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 9 saatlıq fasilə ilə 7,7 və 7,6 bal gücündə güclü zəlzələlər baş verib.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və Suriya da daxil olmaqla qonşu dövlətlərdə hiss olunub. Türkiyə hökuməti zəlzələni "əsrin fəlakəti" adlandırıb. Təbii fəlakət nəticəsində ölənlərin sayı 50 500-ə çatıb. (apa)
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA












