Dünyada bir ilk: Bakıda dağılmış yolu xalı ilə “yamadılar” - FOTO

Bu mənzərə ucqar kəndlərdə deyil, Bakının Xətai rayonunda qeydə alınıb. Bura 3-4 min nəfər insanın yaşadığı böyük bir küçənin, Mirzə Davud küçəsinin girişidir.
Lent.az bu yolun bərbad vəziyyətdə olması barədə əvvəllər də material hazırlayıb. Kanalizasiya sularının axdığı, çala-çuxur yolda dəfələrlə insanlar yıxılıb, xəsarət alıblar. Yerli bələdiyyə hər gün yüzlərlə insanın, xüsusən məktəblilərin keçib getdiyi bu yolu gah karton kağızlarla, gah taxta parçaları ilə, gah da torpaq tökərək abıra salmaq istəyib. Amma göydən bir damla yağış düşən kimi torpaq, karton bir-birinə qarışıb, çox biabırçı vəziyyət yaranıb.
İndi isə bu yola xalı sərərək, eyiblərini örtməyə çalışıblar. Bu, dünyanın heç bir yerində görünməmiş bir haldır. Analoqu yoxdur.
Mirzə Davud küçəsinin sakinləri dəfələrlə yolun təmir edilməsi xahişi ilə əlaqədar qurumlara müraciət ediblər. Küçədə yollar o dərəcədə bərbad haldadır ki, taksi sürücüləri bu əraziyə gəlmək istəmir, yanğın, təcili tibbi yardım maşınları bu küçəyə gəlib xəstə apararkən özləri “xəstə” düşür, evakuatorla geriyə qayıdırlar.
Anlamaq olmur, Xətai Rayon İcra Hakimiyyəti, yolların təmir tikintisi ilə məşğul olan qurumlar bu analoqu olmayan təmir üsulları ilə əraziyə turist cəlb etməyə çalışırlar, yoxsa insanlara o qədər çox dəyər verirlər ki, gələn-gedənin ayağı altına xalı sərirlər. Amma, nə yazıq ki, qırmızı xalı yox, suyun üzərini örtmək üçün palçıqlı xalı.
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO











